AZ

Los-Ancelesin komendant saatı tətbiq edilən ərazilərində 200 nəfərdən çox şəxs saxlanıldı

BAKI, 12 iyun. TELEQRAF

Kaliforniya ştatının Los-Anceles şəhərinin bəzi mərkəzi rayonlarında komendant saatı qüvvəyə minib, lakin kütlənin böyük hissəsi ərazini yalnız hüquq-mühafizə orqanlarının gəlişindən sonra tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə Los-Anceles şəhərinin Polis Departamenti məlumat yayıb.

Etirazçılarla toqquşmalar zamanı Los-Anceles polisinin iki əməkdaşı yaralanıb, onlara tibbi yardım göstərilib.

Yerli polisin məlumatına görə, son iki gün ərzində şəhərdə 225 nəfər saxlanılıb.

Qeyd edək ki, çərşənbə axşamı yerli vaxtla saat 20:00-dan çərşənbə günü 06:00-a qədər Los-Ancelesin mərkəzi rayonlarında, nümayişlərin cəmləşdiyi yerlərdə komendant saatı tətbiq edilib. Şəhər meri Karen Bass komendant saatının bir neçə gün davam edə biləcəyini bidirib. Təxminən 1 kvadrat mil ərazini əhatə edən komendant saatı 4 milyon sakini olan Los-Ancelesdə cəmi 100000 nəfərdən az şəxsə təsir edəcək.

Seçilən
83
teleqraf.com

1Mənbələr