BAKI, 12 iyin. TELEQRAF
Nüvə məsələsində ABŞ və Avropa ilə danışıqlar aparırıq. ABŞ-nin mülki nüvə tədqiqatlarından imtina tələbi zorbalıqır və bunu qəbul etməyəcəyik.
Teleqraf xəbər verir ki, bunu İran prezidenti Pezeşkian İlam vilayətinə səfəri zamanı bildirib.
İran lideri Ayətullah Əli Xamneyinin siyasətinə uyöun olaraq ABŞ ilə danışıqları davam etdirdiklərini deyən Pezeşkian "Biz zülmə boyun əyməyəcəyik. Biz nüvə tədqiqatlarımızın sıfıra endirilməsini əsla qəbul etməyəcəyik"- deyə, bildirib.
Danışıqlarda Vaşinqtonun İranın uran zənginləşdirmə fəaliyyətlərini və nüvə araşdırmalarını tamamilə dayandırmasını tələb etdiyinə diqqət çəkən Pezeşkian, "Kim dedi ki, elmi araşdırmalar aparmaq üçün icazə lazımdır? Onlar kimdir ki, bütün nüvə sənayemizi dağıdaq?"
Elmi araşdırmalardan əl çəkməyəcəklərini deyən Pezeşkian bildirib: "Bizə deyirlər ki, bu elmə sahib çıxmayın. Sonra deyirlər ki, onlara qarşı bir şey desək, İsrail bombalayacaq. Biz fikir ayrılıqlarını bir kənara qoysaq, düşmənlərimizin bu torpaqlara həvəsi olmayacaq. Aramıza nifaq salmaq, vəziyyətdən sui-istifadə etmək və bizə hücum etmək istəyirlər".