AZ

Qaxda qəzaya düşən ailənin bir üzvü xəstəxanada öldü

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bir neçə gün öncə Qax rayonunun Güllük kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 44 yaşlı Eşqin İsmayılov həkimlərin səylərinə baxmayaraq, xəstəxanada ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 8 iyun 2025-ci il tarixində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1981-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti kritik ağır qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilib və süni tənəffüs aparatına qoşulub. Lakin həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 11 iyun 2025-ci il tarixində saat 20 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, qəza zamanı bir ailənin dörd üzvü xəsarət almışdı.

Qaxda 4 nəfərin xəsarəti ilə nəticələnən qəzanın ANBAAN GÖRÜNTÜSÜ pic.twitter.com/LcbQV678QW

— Oxu.Az (@oxuaz) June 9, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
1
oxu.az

2Mənbələr