Pentaqonun rəhbəri Pete Hegseth Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ hərbçilərinin ailə üzvlərinə Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasındakı obyektləri könüllü olaraq tərk etməyə icazə verib...
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti nəşrinə ABŞ Müdafiə Nazirliyindən məlumat verilib.
“Hərbçilərimizin və onların ailələrinin təhlükəsizliyi bizim ən yüksək prioritetimiz olaraq qalır və Mərkəzi Komandanlıq regionda gərginliyin inkişafını diqqətlə izləyir”, Pentaqon bildirib.
Departament nümayəndəsi qeyd edib ki, CENTCOM ABŞ Dövlət Departamenti, Vaşinqtonun regiondakı müttəfiqləri və tərəfdaşları ilə dünyanın istənilən nöqtəsində missiyaları yerinə yetirməyə daim hazır olmaq üçün sıx koordinasiyada fəaliyyət göstərir.
Bundan əvvəl İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, ABŞ-la silahlı münaqişə başlayarsa, Tehran Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarını vuracaq.
Poliqon.info