AZ

Vuçiç Odessa sammitinin yekun bəyanatını imzalamaqdan imtina edib

Serbiya prezidenti Aleksandr Vuçiç Odessada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitinin yekun bəyanatını imzalamayıb. .

Poliqon xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Bəyanatda Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı hərəkətləri pislənilir.

Buna baxmayaraq, Aleksandr Vuçiç Ukrayna-Cənub-Şərqi Avropa sammitində bəyan edib ki, Serbiya Kiyevə dəstəyini nümayiş etdirmək üçün Ukraynanın bir və ya iki şəhərini və ya bir kiçik regionu bərpa etməyə hazırdır.

Vuçiç həmçinin əlavə edib ki, Serbiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - bununla da o, münaqişənin başlanğıcından Serbiyanın mövqeyini təsdiqləyib.

Poliqon.info 

Seçilən
56
poliqon.info

1Mənbələr