Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini ölkənin hava məkanının pozulması ilə bağlı çağırıb.
Bu barədə iyunun 11-də Finlandiyanın “Yle” ictimai yayımı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Finlandiya Müdafiə Nazirliyi yazır ki, iyunun 10-da günorta saatlarında Rusiya təyyarəsi Porvoo şəhəri sahillərində dəniz üzərində Finlandiya hava məkanına daxil olub. Finlandiya Sərhəd Mühafizəsi insidentlə bağlı araşdırma aparır.
Məqalədə deyilir ki, görüş iyunun 11-nə təyin edilib, lakin detallar hələ açıqlanmayıb. Qeyd olunur ki, müvəqqəti işlər vəkili səfirin müavinidir və o olmadıqda onun səlahiyyətlərini icra edir.
Media onu da qeyd edir ki, dünənki hadisə son bir ayda ikinci hadisədir.
//Samir Qurbanov, Editor.az