AZ

Rusiyadan ABŞ və İrana hiyləğər təklif

Rusiya Tehran və Vaşinqtona mümkün olan ən qısa müddətdə İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə kömək etməyə hazırdır.

Məsələn, artıq zənginləşdirilmiş uranın İrandan çıxarılması və onu Atom Elektrik Stansiyasının (AES) reaktorları üçün yanacaq kimi emal edilməsi işində.

Editor.az xəbər verir ki bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib: “Biz hesab edirik ki, bu məqam tamamilə əldən verilməyib. İndi həm sanksiyalar rejimi ilə bağlı problemlərin, həm də İranın əleyhdarlarının ona qarşı qaldırdığı məsələlərin palliativ, hərtərəfli olmasa da, həllinə nail olmaq üçün səyləri ikiqat artırmaq lazımdır. Üstəlik, Tehranın belə bir dialoqa hazırlığı göz qabağındadır”, – Ryabkov deyib. Moskva bu məsələdə həm Vaşinqtona, həm də Tehrana siyasi və praktiki yardım göstərməyə hazırdır”, – nazir müavini əlavə edib.

Xatırladaq ki, Pentaqon İranın sözün üç həftə ərzində on nüvə başlığı istehsal etmək potensialına malik olmasından ehtiyat edir və bu barədə Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla xəbərdarlıq edib. Əgər Tehran nüvə silahı əldə etsə, regionun bütün digər ölkələri İranı çəkindirmək imkanlarını itirməmək üçün nüvə silahı əldə etməyə ciddi səy göstərəcəklər.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr