ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Sürücülük vəsiqəsi olmayan və sərxoş vəziyyətdə avtomobil idarə edərək digər hərəkət iştirakçılarını sıxışdıran sürücü cərimələnib.
Avtosfer.az xəbər verir ki, Hadisə Türkiyənin Bolu şəhərində baş verib.
D-100 şosesində yaranan sıxlığı azaltmaq üçün çalışan yol polis əməkdaşları şübhəli avtomobilin digər hərəkət iştirakçılarını sıxışdıraraq hərəkət etdiyini və bu səbəbdən də tıxac yarandığını görüblər. 14-BM-756 dövlət nömrə nişanlı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı M.Ç adlı şəxsin 3,47 promil sərxoş olduğu və onun sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Polis əməkdaşları qanunvericiliyin tələbini pozan sürücünü 50 min lirə (2.200 manat) cərimələyib. Bundan əlavə, avtomobil duracağa aparılıb.
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.