AZ

Tramp: Rusiya və Ukrayna arasındakı münaqişə PUA müharibəsidir

BAKI, 11 iyun. TELEQRAF

Rusiya və Ukrayna arasındakı münaqişə pilotsuz uçuş aparatları (PUA) müharibəsidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Pod Force Onе” proqramına müsahibəsində deyib.

Siyasətçinin sözlərinə görə, dronlar güclü və müasir silahdır. O, PUA-ların özlərini “sürətli və ağıllı” sistemlər kimi göstərdiklərini vurğulayıb. ABŞ lideri əlavə edib ki, üç il əvvəl heç kim dronların döyüş meydanında bu qədər təsirli olacağını təsəvvür edə bilməzdi.

"Amma hazırda PUA-lar bir çox digər silah növlərini, hətta təyyarələri belə əvəz edir", - o bildirib.

Tramp qeyd edib ki, həm Ukrayna, həm də Rusiya PUA-lardan ağlasığmaz dərəcədə aktiv istifadə edirlər.

Seçilən
28
teleqraf.com

1Mənbələr