"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.
Bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Veşoviç bu mövsüm "Qarabağ"ın heyətində ümumilikdə 31 oyuna çıxıb və bu qarşılaşmalarda 3 asistlə yadda qalıb.

22:12
"Qarabağ" Patrik Andrade ilə yollarını ayırıb.
Bu barədə klubun Mətbuat Xidməti açıqlama yayıb.
Kabe-verdeli yarımmüdafiəçi Patrik Andrade 2020-ci ildən 2022-ci ilin may ayına qədər "Qarabağ"da forma geyinib. Ardınca o, Serbiyanın "Partizan" klubuna transfer olub. Lakin Andrade 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıdıb. İndi isə tərəflər arasındakı əlaqələr rəsmi olaraq sona çatıb.

21:36
Yassin Benzia "Qarabağ"ı tərk edib.
Ağdam klubu rəsmi açıqlama verərək, futbolçunun komandadan ayrıldığını təsdiqləyib.
Benzia ilə bağlanan müqavilə müddəti başa çatıb və tərəflər müqaviləni yeniləməyiblər.
Xatırladaq ki, Benzia 2023-cü ilin yanvar ayında Azərbaycan təmsilçisinə qoşulmuşdu. O, daha əvvəl Fransa klubları olan "Lion", "Lill" və "Dijon", Yunanıstanın "Olimpiakos" və Türkiyənin "Fənərbağça" və "Hatayspor" komandalarında da çıxış edib.