AZ

Azərbaycan güləşçiləri U17 Avropa çempionatında 5 medalla 3-cü oldular (FOTO)

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropaçempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

Trend-inməlumatına görə, yarışın üçüncü günündə Abdurrahman Hüseynli (45kq) finalda gürcü rəqibi Saba Abaşidzeni vaxtından əvvəl — 9:0hesabı ilə məğlub edərək Avropa çempionu olub. 15 yaşlı güləşçiqarşılaşmanı hələ ilk hissədə tamamlayıb.

Elşad Abbasov (51 kq) isə bürünc medal uğrunda qarşılaşmadamacarıstanlı Keve Kovaçaya 1:3 hesabı ilə məğlub olaraq beşinciyerlə kifayətlənib.

Əli Nəzərov (60 kq) finalda Ermənistan təmsilçisi HaykManukyanla qarşılaşıb və 3:11 hesabı ilə uduzaraq gümüş medallakifayətlənib.

Beləliklə, Azərbaycan yığması yunan-Roma güləşi üzrə yarışları 2qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Daha əvvəl Rihadİbrahimli (110 kq) qızıl, Qurban Məcnunov (48 kq) və NicatYeylaqaliyev (80 kq) isə bürünc medal qazanmışdılar.

Millimiz 116 xal toplayaraq komanda hesabında 3-cü yeritutub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
42
az.trend.az

1Mənbələr