AZ

3 gün əvvəl qəzada ağır xəsarət alan sürücü öldü

Qaxda 3 gün əvvəl qəzada ağır xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, iyun ayının 8-i Qax rayonunun Güllük kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai”, daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan “VAZ-2106”nın sürücüsü 44 yaşlı Eşqin İsmayılov bu gün müalicə aldığı Qax Rayon Xəstəxanasında dünyasını dəyişib.

Mübariz Muradov

Seçilən
50
5
qafqazinfo.az

6Mənbələr