"Qarabağ" klubu daha 2 futbolçusu ilə yollarını ayırıb.
Teleqraf Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Marko Veşoviç və Patrik Andradedir.
"Qarabağ" formasında göstərdiyin əzmkarlıq, mübarizə və fədakarlıq heç vaxt unudulmayacaq", - deyə monteneqrolu yarımmüdafiəçi ilə bağlı paylaşımda bildirilir.
Kabo verdeli yarımmüdafiəçi üçün isə bu sözlər yazılıb: "Komandamıza verdiyin töhfələr, yaşatdığın anlar üçün təşəkkür edirik".
Hər iki oyunçuya yeni karyera yollarında uğurlar arzulanıb.