"Şamaxı"nın formasını geyinən Alfons Msanqa Mabula Tanzaniya yığması ilə 3 oyun keçirib.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu Tanzaniya milli komandasının təlim-məşq toplanışında iştirak edib.
O, Cənubi Afrika Respublikası (0:0) ilə yoxlama oyununda 27 dəqiqə meydanda olub, “COSAFA kuboku”nda isə Madaqaskar (0:1) yığması ilə oyunda start heyətdə meydanda olub və 64-cü dəqiqədə əvəzlənib. Mabula Esvatini (2:1) yığması ilə oyunda isə 90 dəqiqə meydanda mübarizə aparıb.