Yassin Benzia "Qarabağ"ı tərk edib.
Fanat.Az xəbər verir ki, Ağdam klubu əlcəzairli futbolçunun komandadan ayrıldığını rəsmən açıqlayıb.
Benzia ilə bağlanan müqaviləni müddəti başa çatıb və tərəflər anlaşmanı yeniləməyiblər.
Xatırladaq ki, Benzia 2023-cü ilin yanvar ayında Azərbaycan təmsilçisinə qoşulmuşdu. O, daha əvvəl Fransa klubları olan "Lion", "Lill" və "Dijon", Yunanıstanın "Olimpiakos" və Türkiyənin "Fənərbağça" və "Hatayspor" komandalarında da çıxış edib.