Serbiya Azərbaycandan nümunə götürərək Ukraynaya yardım göstərmək istəyir.
Bizim.Media xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç Ukrayna–Cənub-Şərqi Avropa Sammitində bəyan edib.
“Cənab prezident, (Zelenskiyə müraciət edərək) mən sizinlə, bir-iki şəhər və ya region seçmək və onların bərpasını öz üzərimizə götürmək istərdim. Düşünürəm ki, bu, Ukrayna xalqı üçün çox aydın və nəzərəçarpacaq bir dəstək olardı — necə ki, Azərbaycan yardım göstərdi... Ümid edirəm ki, biz də Ukrayna xalqı üçün çox təmtəraqsız şəkildə olsa belə, az da olsa, bir töhfə verə bilərik. Düşünürəm ki, sizin xalq buna layiqdir,” — deyə Serbiya Prezidenti deyib.
Xatırladaq ki, 2024–2025-ci illərdə Azərbaycan İrpen şəhərindəki obyektlərin bərpasında iştirak edib: şəhər poliklinikası, Mədəniyyət evi, uşaq və yeniyetmələr üçün idman məktəbi, İncəsənət mərkəzi, yaşayış binası. Həmçinin Ukrayna Milli Uşaq Kitabxanasının təmirini, o cümlədən kitabxananın nəzdindəki uşaq sığınacağının bərpasını maliyyələşdirib.
Münaqişənin əvvəlindən etibarən Azərbaycan Kiyevə humanitar və bərpa yardımı çərçivəsində — enerji avadanlıqları da daxil olmaqla — 40 milyon dollardan çox vəsait ayırıb.
2025-ci ilin fevral ayınadək təxminən 120 transformator və komplekt yarımstansiya, təxminən 70 generator göndərilib.
Bizim.Media