AZ

Olimpiya çempionu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cərimələnib - FOTO

Bədii gimnastika üzrə olimpiya çempionu olmuş Meri Lu Retton sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cərimələnib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 57 yaşlı keçmiş idmançı alkoqol testindən keçə bilməyib. Sərnişin oturacağında bir şüşə şərab da tapılıb. O, günahını tamamilə etiraf edib və məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, ABŞ-dən olan Meri Lu Retton 1984-cü ildə Los-Ancelesdə keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

FOTO QALEREYA
Seçilən
43
avtosfer.az

1Mənbələr