AZ

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıblar

Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, qitə birinciliyinin 3-cü yarış günündə yunan-Roma güləşi üzrə son qaliblər bəlli olub.

Azərbaycan yığmasının üç güləşçisi medallar uğrunda mübarizə aparıb. Onlardan ikisi fəxri kürsüdə yer alıb.

U17 Avropa çempionatı

Yunan-Roma güləşi

45 kq

Abdurrahman Hüseynli finalda Saba Abaşidze (Gürcüstan) ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı ilə qalib gələrək, qızıl medala sahib çıxıb. 

60 kq

Əli Nəzərov həlledici görüşdə Hayk Manukyanla (Ermənistan) yarışıb. Finalda 3:11 hesabı ilə uduzan güləşçimiz gümüşlə kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə Rihad İbrahimli qızıl, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) isə bürünc medala sahib çıxıblar.

Güləşçilərimizdən Avropa çempionatında 4 medal

Şamaxıda yeni güləş zalının açılışı keçirilib

Avropa çempionatında iştirak edəcək güləşçilərimiz müəyyənləşib

Güləşçilərimiz Dünya seriyasında 1 qızıl və 1 bürünc medal qazanıblar

Güləşçilərimiz Qazaxıstana yollanır

Seçilən
49
1
apasport.az

2Mənbələr