“İmişli” futbolçusu İdris İnqibalı ilə yeni müqavilə imzalayacaq.
“FutbolPress“in əldə etdiyi məlumata görə, tərəflər arasında ilkin anlaşma əldə olunub. Müqaviləsi başa çatan oyunçu ilə “nikah təzələnəcək” və o, yeni mövsümü bölgə təmsilçisində keçirəcək.
İdrisə I Liqa təmsilçiləri “Şəfa” və “Mingəçevir”dən təklif olmasına baxmayaraq, o, elitada oynamaq istədiyi üçün “İmişli”ni seçib.
Şahin Cəfərov