Tramp İranın uranın zənginləşdirilməsini dayandırmağaümidini itirsə də, Tehranın nüvə silahına əl atmasının qarşısını almaqda qərarlıdır.Belə ki,o, bazar ertəsi İran nüvə proqramını məhdudlaşdırmağı düşünürmü sorğusuna “Bilmirəm” deyə cavab verib. "Bilmirəm. Mən də belə düşünürdüm, amma getdikcə inamım azalır". "Görünən odur ki, onlar ayaqlarını sürükləyirlər və məncə, bu, bədbəxtlikdir, mən indi əvvəlkinə nisbətən daha az arxayınam.
Onlara nəsə olub, sövdələşmənin baş verəcəyinə daha az əminəm" deyə Tramp bildirib. ABŞ prezidentinin sözlərinə görə, İran heç bir halda nüvə silahı əldə etməməlidir. " Heç vaxt onların nüvə silahları olmayacaq.Hesab edirəm ki,bunu müharibələr olmadan, insanları itirmədən etmək daha gözəl olardı. Bunu zaman göstərəcək”, - deyə ABŞ prezidenti yekunlaşdırıb. Xatırladaq ki, Tehran nüvə silahı yaratmaq niyyətində olmadığını dəfələrlə bəyan edib.
Surxay Əliyev