"Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sanenin "Qalatasaray"a keçəcəyi dəqiqləşib.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, almaniyalı hücumçunun Türkiyə klubu ilə 3 illik müqavilə imzalayacağını bildirib. Qeyd edib ki, 29 yaşlı futbolçu tibbi müayinə və müqavilə üçün bu gecə İstanbula gedəcək.
Qeyd edək ki, Almaniya millisinin üzvü ötən mövsüm Bundesliqada 30 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.