AZ

Fitso Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayacağı ilə hədələyib

Bakı. Trend:

Slovakiya Respublikasının baş naziri Robert Fitso Avropaİttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayacağıilə hədələyib.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O bildirib ki, əgər Aİ Rusiya enerji resurslarının tədarükününtam ləğv edilməsi riskinin aradan qaldırılması üçün bir yoltapmasa, bu sanksiyalar dəstəklənməyəcək.

Siyasətçi qeyd edib ki, Rusiyadan neft, qaz və nüvə yanacağınıntədarükünün tamamilə dayandırılması nəticəsində Slovakiyanın daüzləşə biləcəyi “böhran vəziyyətinə real həll” tapılmalıdır.

KİV-lər yazır ki, Slovakiyanın veto hüququ yeni sanksiyalarınqəbulunu dayandıra bilər, çünki sanksiyalar paketinin təsdiqiAvropa İttifaqının 27 üzv dövlətinin yekdil razılığını tələbedir.

Seçilən
40
2
az.trend.az

3Mənbələr