Ukrayna hökuməti dövlət büdcəsində hərbi xərcləri 400 milyard qrivna (təxminən 9,6 milyard dollar) artırmağı planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın Telegram kanalında məlumat verilib.
“Ukrayna hökuməti dövlət büdcəsinə təxminən 400 milyard qrivna məbləğində dəyişiklikləri Ali Radaya təqdim etməyə hazırlaşır”, – deyə məlumatda qeyd olunur.
Bildirilib ki, “hərbi qulluqçuların təminatında heç bir fasilə olmayacaq”.
Qeyd olunur ki, bu xərclər əsasən vergi və gömrük gəlirləri, habelə daxili dövlət borcunun istiqrazları hesabına qarşılanacaq.