AZ

Salyanda fermada güclü yanğın BAŞLAYIB - FOTO/VİDEO

Salyan rayonunun Qardili kəndində yerləşən maldarlıq fermasında şiddətli yanğın başlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğının söndürülməsinə Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və vasitələri, eyni zamanda xüsusi texnikalar cəlb olunub.

Hazırda yanğının ətraf evlərə keçməsinin qarşısının alınması istiqamətində işlər görülür.

Hadisə zamanı 33 baş iribuynuzlu heyvan, 14 ton ot və təsərrüfat damı yanaraq məhv olub.

Yanğının təhqiqatının aparılması Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən həyata keçirilir.










Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
33
bizim.media

1Mənbələr