Tayvanın şərq sahilindəki Hualien əyalətinin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Meteorologiya Bürosu (CWA) açıqlama yayıb.
Episentrinin Hualien şəhər mərkəzindən 69,9 kilometr cənubda olan zəlzələnin 30,9 kilometr dərinlikdə qeydə alındığı bildirilib.