Türkiyəli aktyor Şener Şen 61 illik karyerasını sonlandırıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda aktyor özü açıqlama verib.
Belə ki, “Zengin Mutfağı” tamaşasına görə səhnəyə çıxan Şener Şen evə qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman bu haqda danışıb.
Jurnalistlərin Şener Şenə “Səhnədə çıxış etməyi dayandırmısınız? Yeni tamaşa və ya kino layihəsi olacaqmı?” sualına, Şener Şen “Yox, bitdi” deyərək qısa cavab verib.

