Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ilin iyun ayının sonlarında Belarusda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyunun 25-də Minskə yollanacaq komandamız iyunun 28-də və iyulun 1-də Belarus yığması ilə yoldaşlıq görüşləri də keçirəcək.
Oyunların təşkil olunacağı stadion və başlama saatı barədə daha sonra məlumat veriləcək