Salyan rayonunun Qardili kəndində yerləşən fermada güclü yanğın olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Rayon Dövlət Yanğın Mühafizə Hissəsinin qüvvə və vasitələri cəlb olunublar.
Hazırda yanğının ətraf evlərə keçməsinin qarşısı alınır.