AZ

Salyanda fermada güclü yanğın BAŞLAYIB

Salyan rayonun Yenikənd kəndində yerləşən maldarlıq fermasında şiddətli yanğın başlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə fövqəladə hallar nazirliyinin müvafiq bölmələri cəlb olunub.

Hazırda yanğının ətraf evlərə keçməsinin qarşısının alınması istiqamətində işlər görülür.

İlkin məlumata görə, artıq 50 baş mal-qara yanaraq tələf olub.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
59
1
bizim.media

2Mənbələr