AZ

Xüsusi nümayəndəlik Sərdar Cəlaloğlu və “Reaksiya TV”yə: “Savadsız və bəsit mülahizələrdir”

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb.

Yenisabah.az xəbər verir ki, xüsusi nümayəndəlik Xankəndi şəhərinə yerləşən “Xan Araz” restoranını icarə hüququ ilə istifadəyə götürmüş vətəndaş Səfər Salmanovun iddialarını cavablandırıb.

Onunla bərabər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və "Reaksiya TV" yutub kanalına irdlar bildirilib:

“2024-cü il aprelin 25-də Əmlak Məsələləri Dövlət Xidməti yanında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə Səfər Salmanov arasında icarə müqaviləsi bağlanan zaman Xankəndi şəhərində yerləşən qeyri-yaşayış obyektləri üzrə icarə haqlarının qiymətləri və formalaşma meyarları mövcud olmayıb. İcarə haqlarının qiymətləri avqustun 20-də təsdiq edilib.

“Xan Araz” restoranı ilə bağlı da eyni qaydalar tətbiq edilib və vətəndaşa obyekt üçün icarə haqqının yeni qaydalar üzrə hesablanması təklif olunub. Yeni icarə haqqı məbləği vətəndaşın iddia etdiyi kimi, 68 dəfə deyil, 64 faiz artım nəzərdə tutur. Lakin sahibkar müqavilənin imzalanmasından əsassız şəkildə imtina edilir və obyekt faktiki olaraq qeyri-qanuni fəaliyyət göstərir.

Bundan başqa, vətəndaş tərəfindən şəhərsalma və memarlıq normaları gözlənilmədən, müvafiq qurumlarla rəsmi razılıq əldə olunmadan qeyri qanuni tikinti - manqalxana inşasına cəhd göstərilib, ona qanunvericiliyin tələbləri izah edilməklə müvafiq qurumların iştirakı ilə tikinti işləri dayandırılıb. Həmçinin vətəndaş tərəfindən guya obyektə 200 min manat dəyərində investisiya qoyulması faktı da öz təsdiqini tapmayıb. 

Təəssüf doğuran digər hal isə tez-tez “Reaksiya TV”nin efirində qonaq olan ADP sədri Sərdar Cəlaloğlunun reallıqla heç bir araya sığmayan, hətta savadsız və bəsit mülahizələrlə çıxış etməsidir. 

Qarşı tərəfin rəyini öyrənmədən, birtərəfli qaydada, qanunvericiliyin və “Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə zidd olaraq “Reaksiya TV”nin efirində səsləndirilən fikirləri savadsız və qərəzli iddialar, bütünlükdə verilişi isə ictimaiyyətin çaşdırılması məqsədi güdən məzhəkə adlamdırmamaq mümkün deyil”.


Telegram kanalımız
Seçilən
32
yenisabah.az

1Mənbələr