AZ

Merz Ukraynadakı səfiri bu vəzifəyə təyin edəcək

Kansler Fridrix Merz Almaniyanın Ukraynadakı səfiri Martin Eqarı ölkənin xarici kəşfiyyat xidmətinin rəhbəri təyin etmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə "Der Spiegel" mənbələrə istinadən yazıb.

"Hazırda Almaniyanın Kiyevdəki səfiri vəzifəsində çalışan Martin Eqar Federal Kəşfiyyat Xidmətinin yeni rəhbəri olacaq", - nəşr qeyd edib.

Bildirilib ki, Almaniya hökuməti hələlik bu kadr dəyişikliyini rəsmən təsdiqləməyib. Bununla belə, "Der Spiegel"in yazdığına görə, təyinatla bağlı qərar "bir müddət əvvəl" verilib.

Nəşr həmçinin bildirib ki, xarici kəşfiyyatın hazırkı rəhbəri Bruno Kal isə Almaniyanın Vatikandakı yeni səfiri olacaq.

Seçilən
40
publika.az

1Mənbələr