AZ

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru: “Tramp sadəlövhdür, nə edəcəyini bilmir"

Rusiya ilə Ukrayna arasındakı hərbi əməliyyatların intensivliyi durmadan artır və ABŞ prezidenti Donald Trampın “24 saata müharibəyə son qoymaq” vədi reallıqdan uzaq görünür. 

Bizim.Media  xəbər verir ki, bu fikirləri Sky News kanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Con Brennan səsləndirib.

Brennan Trampın gələcəkdə Ukrayna müharibəsinə necə son qoyacağına dair suala cavab olaraq deyib:

“Düşünürəm ki, Donald Tramp nə edəcəyini bilmir.”

Onun sözlərinə görə, Trampın həm Ukrayna, həm də Vladimir Putin barədə təsəvvürləri son dərəcə sadəlövh və səthidir.

Sky News qeyd edir ki, Brennan Rusiya-Ukrayna müharibəsinin reallıqları ilə yaxşı tanışdır. Məhz onun rəhbərliyi dövründə CIA Ukraynaya müasir kəşfiyyat strukturu qurmaqda yardım edib. Brennan xatırladır ki, 2014-cü ildə ilk dəfə Ukraynaya səfər etdikdə, ölkənin silahlı qüvvələri hələ də “Rusiya agentləri ilə dolu” idi. Lakin bu gün vəziyyət tamamilə dəyişib.

“Ukrayna ordusu addım-addım dünyanın demək olar ki, istənilən ordusunu, hətta ABŞ ordusunu belə geridə qoyur. Çünki onların döyüş meydanında qazandığı böyük təcrübə var,” – deyə Brennan vurğulayıb.

Bizim.Media 

Seçilən
35
bizim.media

1Mənbələr