AZ

“Əl-Hilal”ın yeni hədəfi “Fənər”in hücumçusudur

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” hücumçu axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, ərəblər  “Fənərbağça”da çıxış edən Yussef En-Nesirini heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi təcrübəli forvard üçün 40 milyon avro tələb edib. “Əl-Hilal” rəhbərliyi 28 yaşlı hücumçu üçün bu məbləği ödəməyə razıdır.

Qeyd edək ki, “Fənərbağça” Yussef En-Nesirini ötən ilin yayında “Sevilya”dan transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 30 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
56
1
idmanxeber.az

2Mənbələr