AZ

Alimlər atmosfer havasından su əldə edən yeni cihaz hazırlayıb

Bakı. Trend:

Təhlükəsiz və sərfəli içməli suya çıxışı yaxşılaşdırmaq üçünMassaçusets Texnoloji İnstitutunun (MTİ) mühəndisləri qeyri-ənənəvimənbədən - havadan istifadə edirlər.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, Yer atmosferində buxar şəklindəmilyonlarla milyard qallon su var. Bu buxar effektiv şəkildə tutulavə qatılaşdırıla bilsə, ənənəvi su ehtiyatlarının mövcud olmadığıyerləri təmiz içməli su ilə təmin edə bilər.

Məlumata görə, bu məqsədlə MTİ komandası yeni atmosfer suyuyığan cihaz hazırlayıb sınaqdan keçirib və onun su buxarınıeffektiv şəkildə tutduğunu və quru səhra havası da daxil olmaqlamüxtəlif nisbi rütubət səviyyələrində təhlükəsiz içməli su istehsaletdiyini göstərib.

Yeni cihaz qara rəngli, pəncərə ölçüdə şaquli paneldir, su uducuhidrojel materialından hazırlanıb və soyuducu lay ilə örtülmüş şüşəkameraya yerləşdirilib.

Məqalədə:
Seçilən
42
az.trend.az

1Mənbələr