AZ

Məşq zamanı iflic oldu: Böyük məbləğdə təzminat alacaq

ABŞ-da döyüş sənətləri dünyasını sarsıdan məşhur məhkəmə işi üzrə qərar çıxarılıb.

Publika.az xəbər verir ki, 2018-ci ildə San Dieqoda ciu-citsu məşqi zamanı baş verən insident nəticəsində 30 yaşlı yeni başlayan idmançı Cek Qrinerin boynundan aşağısı iflic vəziyyətə düşüb. Hadisə təcrübəli təlimçi Fransisko Iturralde ilə (ləqəbi "Sinistro") sparrinq zamanı baş verib.

Məhkəmədə sübut kimi təqdim olunan videoda Qrinerin dördayaqlı sabit və təhlükəsiz mövqedə olduğu, lakin təlimçinin qəfil və kəskin atış texnikası tətbiq edərək onu üzüstə tatamiyə çırpdığı görünür. Yıxılma zamanı Qrinerin boynu qeyri-təbii bucaq altında burulub və bu, onurğa sütununda ağır zədə yaradıb. Ekspert Rener Qreysinin sözlərinə görə, təlimçi tərəfindən tətbiq olunan texnika yeni başlayanlar üçün qəbuledilməz və təhlükəlidir.

Qriner məhkəməyə müraciət edib və 2023-cü ildə işi qazanıb. Məhkəmə ona 46,475 milyon dollar məbləğində kompensasiya təyin edib. Faizlərlə birlikdə bu məbləğ 56 milyon dolları keçib.

Seçilən
47
publika.az

1Mənbələr