AZ

MKİ-nin keçmiş direktoru: Trampın Putin barədə sadəlövh təsəvvürü var

BAKI, 11 iyun. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsinin intensivliyi artır, görünən budur ki, savaşı 24 saata bitirəcəyinə söz verən Donald Trampın real sülhə nail olmaq planı yoxdur”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru (2013-2017) Con Brennan deyib.

ABŞ Prezidentinin müharibəni dayandırmaq üçün bundan sonra nə edəcəyi ilə bağlı suala MKİ-nin keçmiş rəhbəri belə cavab verib: “Məncə, Donald Tramp nə edəcəyini bilmir”.

C.Brennan hesab edir ki, D.Trampın Ukrayna və rusiyalı həmkarı Vladimir Putin haqqında sadəlövh və səthi təsəvvürü var.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Rusiya-Ukrayna müharibəsinin reallıqlarını kifayət qədər yaxşı başa düşdüyünü və bu səbəbdən vəzifədə olduğu dövrdə Kiyevə müasir kəşfiyyatını yaratmağa kömək etdiyini söyləyib.

D.Bennanın sözlərinə görə, 2014-cü ildə ilk dəfə Kiyevə səfər edəndə Ukrayna ordusu hələ Rusiya agentləri ilə dolu olub, bu gün isə hər şey tamam başqadır.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr