AZ

“Sumqayıt”ın futbolçuları “Neftçi” ilə danışıq aparır? – Klubdan AÇIQLAMA

“Sumqayıt” klubu hələ ki, transferdə fəal deyil. Komanda yeni oyunçular əldə etməyə tələsmir. Əksinə komandanı bir neçə legioner futbolçu tərk edib.

Mətbuatda isə komandanın bəzi oyunçularının digər klublarımızla danışıq apardığı barədə məlumatlar gedir. Bu mənada xüsusilə iki oyunçu Elvin Bədəlov və Murad Xaçayevin “Neftçi” ilə anlaşmaq üzrə olduqları bildirilir.

Bu məlumatlar nə dərəcədə doğrudur?

“Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev Bizim.Media-ya açıqlamasında hər iki oyunçunun “Sumqayıt”la müqaviləsinin başa çatdığını təsdiqləyib:

“Müqaviləsi bitən oyunçularımızla danışıqlarımız davam edir. Həm Elvin Bədəlov, həm də Murad Xaçayevin “Sumqayıt”la müqavləsi başa çatıb. Onların başqa klubla danışıq aparmaları barədə isə məlumatım yoxdur”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
29
bizim.media

1Mənbələr