AZ

Tomas Tuxel Seneqalla oyun haqda: “Yüngül qollar “yedik”

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Seneqal yığması ilə üz-üzə gəlmiş İngiltərə yığması gözlənilmədən məğlub olub.

Arena.az məlumat verir ki, Nottingemin “Siti Qraund” stadionunda keçirilmiş oyunda “Teranqa şirləri” “üç şir” üzərində 3:1 hesablı əzmkar qələbə qazanıblar.

İngilərə yığmasının baş məşqçisi, 51 yaşlı alman mütəxəssis Tomas Tuxel üçün bu məğlubiyyət “üç şir”in sükanı arxasında ilk məğlubiyyət olub. Alman mütəxəssis məsələyə aydınlıq gətirib:

“Bəli, qeyd-şərtsiz, bu, pərişanedici nəticədir, amma mən deyə bilmərəm ki, biz bundan daha artığına layiq deyildik. Biz özümüzü azacıq əylənmiş (tormozlanmış) hiss edirdik və uzun müddət ərzində kifayət qədər fəal deyildik. Birinci hissədə biz müdafiədə heç də pis oynamırdıq, ardıca isə hesabda 1:2 geridə ikən, ən yaxşı oyun kəsimimizi göstərdik. Ancaq biz yüngül qollar “yedik” və bizə, müdafiəmizi yaxşılaşdırmaq gərəkdr.

Tezliklə biz daha fəal, sərbəst və aqressiv olduq. Hesabı bərabərləşdirmək üçün bizim əla imakanlarımız vardı”, – BBC Tuxeldən sitat gətirir.

Əlavə eədk ki, Tomas Tuxel 2026-cı il dünya çempionatının Avropa bölgəsinin Andorra yığması ilə səfər oyunuda güc-bəla ilə qazanılmış 1:0 hesablı qələbədən sonra tənqid hədəfinə çevrilmişdi. İndi isə Seneqal yığmasına məğlubiyyətlə, İngiltərə yığmasının azarkeşləri alman mütəxəssisi bu “biabırçılq” müqabilində istefaya səsləyiblər. Tələbkar azarkeşlər soial şəbəkələrdə Tomas Tuxeli hələ də asıb-kəsirlər.

Seçilən
61
arena.az

1Mənbələr