AZ

Azərbaycanın "yaşıl enerji" ilə bağlı Avropa istiqamətində nəhəng planları var – Nazir müavini

Bakı. Trend:

Neft inqilabının başında gələn ölkə Azərbaycandır.

Trend xəbər verir ki, bunu Energetika nazirininmüavini Elnur Soltanov Bakıda Türk Dövlətləri Təşkilatının (TDT)ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurumrəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən “Güclü ailələr,güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləkləyici siyasətlər”adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, neft inqilabı olmadan sənaye inqilabı da başadüşülməz.

"Amma bu dönəm bizim müstəqil olmadığımız dövrə təsadüf edir.Ənənəvi enerji resurslarımızın əhəmiyyətli hissəsi bizim üçün yox,başqaları üçün sərf olunub. Ancaq Azərbaycan ikinci müstəqilliyiniəldə edəndən sonra çox da böyük olmayan enerji resursundan çoxağıllı şəkildə istifadə edərək müstəqilliyini möhkəmləndirdi,torpaqlarını azad etdi".

Nazir müavini qeyd edib ki, ölkəmizin Qazaxıstan vəTürkmənistanla da ənənəvi enerji sahəsində münasibətlərimizvar.

"Yaşıl enerji yeni çağırışdır, bu bizim coğrafiya üçünfürsətdir. Bu çağırışları fürsətə çevirmək üçün bütünresurslarımızı səfərbər etməliyik. Bizim Avropa istiqamətindənəhəng planlarımız var. Xəzər-Qara Dəniz-Avropa istiqamətində 4giqavat, Naxçıvan-Türkiyə üzərindən 1 giqavat enerji ixrac etməkniyyətimiz var. Qazax və özbək qardaşlarımızla da Transxəzərelektrik xətti üzərində işlərimiz davam edir. Belə çıxır ki, bubəlkə də ilk Transxəzər yaşıl elektrik layihəsi olacaq", - deyəqeyd edib.

Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr