AZ

Zaxarova Aİ-nin Ermənistandakı missiyasını sərt tənqid etdi: “Casusluq edirlər”

“Moskva Bakının Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə bağlı haqlı narahatlığından xəbərdardır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə səsləndirib.

“Üstəlik bu narahatlıq tamamilə haqlıdır. Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti yaxşı məlumdur. Onların əməkdaşları, guya müşahidəçi adı altında, əslində Ermənistana qonşu olan ölkələr barədə casusluq fəaliyyəti ilə məşğuldurlar”, – deyə Zaxarova vurğulayıb.

O əlavə edib ki, bu missiyanın Ermənistana qarşı hesabat öhdəliyi yoxdur, və onların fəaliyyəti regionda sabitliyə heç bir töhfə vermir.

“Bu missiya sadəcə siyasi maraqlara xidmət edir və regionda sülhə deyil, gərginliyə səbəb olur”, – deyə Rusiya XİN sözçüsü fikrini yekunlaşdırıb.

Bizim.Media

Seçilən
37
bizim.media

1Mənbələr