Slovakiyanın baş naziri Robert Fitso Rusiyanın enerji təchizatının mümkün itkisi ilə bağlı problemin həllini tapmasa, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklamaqla hədələyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Siyasətçi Rusiyadan neft, qaz və nüvə yanacağı tədarükünü tamamilə dayandırdıqdan sonra Slovakiyanın da düşə biləcəyi "böhran vəziyyətinin real həllinə" çağırış edib.
Agentlik qeyd edir ki, Slovakiyanın vetosu yeni sanksiyaların qəbulunu dayandıra bilər, çünki yeni sanksiyalar paketinin təsdiqi üçün bütün 27 üzvün - Avropa İttifaqının razılığı lazımdır. Bəzi mənbələrin məlumatına görə, Avropa Komissiyası tədbirlər paketinin təsdiqlənəcəyinə inanır.
QAZİLER.AZ