Los-Anceles meri Karen Bass şəhərdə komendant saatı elan etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinin meri Karen Bass qeyri-qanuni mühacirlərə dəstək üçün davam edən etirazlarda yaşanan hadisələrlə əlaqədar komendant saatı elan etdiyini açıqlayıb.
Qadağanın yerli vaxtla saat 20:00-dan başlayaraq 06:00-a qədər davam edəcəyi və şəhər mərkəzində təxminən 2 kilometrlik ərazidə qüvvədə olacağı öyrənildi.