AZ

İlham Əliyevin sərkərdəliyi ilə şərəfli ordumuz xalqımıza milli sevinc yaşatdı- ÖZƏL

"15 İyun- Milli qurtuluşdan sonra başlanan yolda diqqətçəkən məqamlardan biri də ordu quruculuğu prosesi idi. Heydər Əliyev dövlətə, xalqa deyil, ayrı-ayrı qrupların maraqlarına  xidmət edən qanunsuz hərbi birləşmələri ləğv etməklə ölkəmizdə müasir, peşəkar və nizami ordu yarada bildi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli mənafelərini qorumağa qadir olan elə qüdrətli ordu qurdu ki, həmin ordu düşmənin rahatlığını pozdu. Yenilməz, qalib ordu statusu ilə müasir hərb tarixinin şanlı səhifəsinə çevrildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Prezident İlham Əliyevin sərkərdəliyi ilə şərəfli ordumuz bizə zəfər gətirməklə ən ağrılı problemimizi həll etdi, xalqımıza milli sevinc yaşatdı. Şübhəsiz ki, biz xalq olaraq milli xoşbətliyimizə qəhrəman ordumuzla nail olduq. Haqqında əfsanələr dolaşan ordumuzun qurucusu isə böyük Heydər Əliyev idi. Bu gün ölkə olaraq qazandığımız hər bir uğurda Heydər Əliyevin imzasını görürük. Ötən illər ərzində böyük tərəqqiyə nail olan Azərbaycanın inkişaf strategiyası məhz Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ümummilli lider Heydər Əliyevin milli qurtuluş fəlsəfəsi təkcə müstəqilliyimizin qorunub saxlanılması ilə deyil, eyni zamanda qüdrətli bir ölkənin qurulması ilə nəticələndi. Ən böyük vəzifəsinin dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək, onu əbədi etməkdən ibarət olduğunu söyləyən böyük öndər bunu praktik olaraq həyata keçirdi və könüllərin sevimisi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
55
olaylar.az

1Mənbələr