Bakı. Trend:
Mayın 6-dan bu günə qədər 108 minə yaxın uşağın birinci sinfəqəbulu prosesi tamamlanıb.
Bu barədə Trend-ə MÜTDA-danməlumat verilib.
Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalıvasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyətiüzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrımərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədəkdavam edəcək.