Finlandiya Xarici İşlər Nazirliyi Rusiya səfiri Pavel Kuznetsovu ölkənin hava məkanının pozulması ilə əlaqədar nazirliyə çağırıb.
“Reuters”in məlumatına görə, səfir məsələ ilə bağlı açıqlama vermək üçün Finlandiya Xarici İşlər Nazirliyinə dəvət edilib.
Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyi iyunun 10-da Rusiyanın hərbi təyyarəsinin Porvoo şəhəri yaxınlığında icazəsiz ölkənin hava məkanına daxil olduğunu iddia edib.
Finlandiyanın Sərhəd Xidməti hadisə ilə bağlı təhqiqata başlayıb.
Bu, ay ərzində qeydə alınan ikinci oxşar hadisədir. May ayının sonlarında Rusiya Silahlı Qüvvələrinə məxsus daha bir təyyarə Finlandiyanın hava məkanına daxil olmuşdu. Hadisədən sonra Helsinki Rusiyanın ölkədəki səfiri Pavel Kuznetsova nota təqdim etmişdi.
TAHİR