AZ

AFFA bir çox məşqçini çətin durumda qoydu – Bu qərarı ilə

AFFA millidə çalışan məşqçilərlə bağlı üzücü qərar qəbul edib. Bu günə qədər yığmada işləyən mütəxəssislərin PRO kateqoriyası almasına köməklik edilirdi. Belə ki, həmin kateqoriyanı almaq üçün ödənməli olan 4 min manat rüsumun yarısını federasiya qarşılayırdı.

Bu da yüksək maaş almayan aşağı yaş qruplarında çalışan məşqçilər üçün ciddi dəstək idi. Ancaq AFFA artıq bu dəstəyi göstərməyəcək.

Məşqçilərə rüsumun tamamını özlərinin verəcəyi bildirilib. Bu durum isə mütəxəssislərin işini xeyli çətinləşdirib. Onlar tələb olunan məbləği ödəməkdə çətinlik çəkir.

Mövcud vəziyyət özünü inkişaf etdirmək istəyən məşqçilərə ciddi əngəl törədir. Çünki aşağı yaş qruplarında çalışan mütəxəssislərin bir çoxu 4 min manat rüsumu ödəmək imkanına sahib deyil.

Qeyd: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

İdmanxeber.az 

Seçilən
72
idmanxeber.az

1Mənbələr