AzVision.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski “The Wall Street Journal (WSJ)” nəşrinə müsahibəsində belə deyib.
Onun fikrincə, səhv bundadır, çünki Ukraynada baş verənlər“böyük və kiçik qardaşlar arasında davaya”bənzəyir.
- Münaqişə təəssüf ki, fikir ayrılıqlarımızı daha da dərinləşdirir. Ona görə də biz bunun tez bir zamanda bitməsini istəyirik”, - Medinski bildirib.
Onun fikrincə, Rusiya və Ukrayna gələcəkdə yaxın müttəfiqlər olacaqlar. Moskva“sülh istəyir, lakin təhdidlərə cavab verməyə məcburdur”.Medinski misal kimi İsveçlə 21 il davam edən Şimal müharibəsini göstərərək, “Rusiya ilə uzun müharibə aparmağın mümkün olmadığını” vurğulayıb.
“Biz sülh istəyirik. Amma Ukrayna digər dövlətlərin maraqlarını rəhbər tutsa, biz cavab verməyə məcbur olacağıq.Güzəştlərə hazır olmamaq Ukrayna ərazilərinin bir hissəsinin itirilməsinə gətirib çıxaracaq”, - Rusiya prezidentinin köməkçisi iddia edib.
Bununla belə, Medinski Ukraynanın məhz hansı ərazilərini nəzərdə tutduğunu açıqlamayıb.
Ukraynanın Xarici İşlər nazirliyinin sözçüsü Georgi Tixiy, öz növbəsində, Medinskinin“Ukraynadakı münaqişənin iki qardaş arasında dava” kimi qiymətləndirməsinə çox kəskin reaksiya verib.
- Əgər Rusiya hər hansı Mərkəzi və ya Şərqi Avropa ölkəsinin “qardaşı” olduğunu iddia edirsə, onda o, bu hekayədə əlində daşı tutan Qabildir”,- “WSJ” qəzeti ukraynalı məmurdan sitat gətirir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta