"Mançester Yunayted" klubu Viktor Dyökereş üçün "Sportinq"lə danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" isveçli hücumçu üçün 70 milyon avro təklif edib. Lissabon təmsilçisi isə 80 milyon tələb edir.

Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Dyökereş başa çatan mövsüm Avropada ən çox qol vuran oyunçu idi. O, 52 oyunda 54 qol vurmağı bacarıb.