Azərbaycan Kubokunun sahibi, ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah" klubunda heyətlə bağlı islahatlar başlayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Şakir Seyidovla yollar ayrılıb.
24 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Ş.Seyidov 2018-ci ildən "Sabah"ın şərəfini qoruyurdu. O, "bayquşlar"ın heyətində 59 oyunda 2 qol vurmuşdu.