AZ

Rusiya XİN: Ümid edirik ki, Azərbaycan və Ermənistan NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı narahatlığımızı anlayır

Rusiya tərəfi ümid edir ki, Azərbaycan və Ermənistan NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı Rusiyanın narahatlığını anlayır və Şimali Atlantika Alyansı kimi aqressiv hərbi blokla əməkdaşlığın dərinləşdirilməsinin risklərini dərk edirlər.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Mariya Zaxarova qeyd edib: "NATO-nun Cənubi Qafqazın təhlükəsizliyi üçün heç bir xeyri yoxdur. Əksinə, biz yaxşı anlayırıq ki, Qərbin əsas məqsədi regionu qarışdırmaq, qarşıdurmalar yaratmaq və yeni gərginlik ocaqları formalaşdırmaqdır. Ümid edirik ki, həm Bakıda, həm də İrəvanda bizim bu məsələyə dair haqlı narahatlığımızı eyni dərəcədə anlayırlar və aqressiv hərbi bloklarla əməkdaşlığın dərinləşməsinin risklərini tam şəkildə qiymətləndirirlər".

Seçilən
54
operativmedia.az

1Mənbələr